Tibb işçisi hava limanında tutuldu - FOTOLAR

Tibb işçisi hava limanında tutuldu - FOTOLAR
Külli miqdarda diş implantlarının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Sfera.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Tünzalə Nəsirova nəzarətə götürülüb.

Vətəndaş gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə keçmək istəyərkən saxlanılıb, onun əşyalarına baxış və üzərində şəxsi yoxlama keçirilməsi üçün "Qırmızı kanal" buraxılış sisteminə yönləndirilib.

Sonra hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı həmin şəxsin çamadanında gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, yazılı, elektron və ya şifahi formada bəyan edilməyən 120 ədəd "Bone Level" markalı implant abatmenti və 8 ədəd "Aggressor" markalı diş implantı aşkar olunub. Adı çəkilən vətəndaşın orta təhsilli olduğu və həkim köməkçisi işlədiyi müəyyən edilib.

Ümumiyyətlə, son vaxtlar bəzi şəxslərin sözügedən tibbi ləvazimatları qanunsuz yolla ölkə ərazisinə gətirməsi cəhdlərinə tez-tez rast gəlinir. Bu ləvazimatların gömrük sərhədindən gömrük nəzarətinə bəyan etmədən keçirilməsi üçün digər sərnişinlər arasında paylanması halları müşahidə edilir.

Müvafiq qanunvericiliyə əsasən, diş implantı və implant abatmentlərinin idxalı sanitar-gigienik qaydalara əməl olunmaqla Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir. Həmin tibbi ləvazimatların müvafiq qaydalara əməl edilmədən idxalı infeksion xəstəliklərin yayılması riskini artırır.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...