Müsəlmanlar Avropadan qovulacaq – ŞOK PROQNOZ

Müsəlmanlar Avropadan qovulacaq – ŞOK PROQNOZ

İyulun 14-də Fransanın Nitsa şəhərində törədilən terror aktı nəticəsində 84 nəfər həyatını itirib, 100-dən çox yaralı var. Bu hücumun Fransada müstəqillik günü kimi qeyd olunan Bastiliyanın alınmasının ildönümünə təsadüf etməsi, hədəfin məhz bayram izdihamının olması suallar yaradır.

 

Digər tərəfdən, terror hücumunun Tunis əsilli müsəlman Məhəmməd Buhlel olması, terrordan sonra prezident Fransua Olland "İslam radikalizminin təzyiqi altındayıq” deyə açıqlama verməsi diqqət çəkdi.


Politoloq Natiq Miri Publika.az-a açıqlamasında bildirib ki, bundan sonra müsəlmanların Avropadan qovulması prosesi başlana bilər.

 

 

"Bu gün Yaxın Şərqdə Fransanın da aktiv rol alması onu terrorun hədəfinə çevirə bilər. Lakin Fransanın hədəfə alınması bu hücumun yalnız fransızları hədəfə alması demək deyil. Bu, bütün Avropaya verilmiş mesajdır”, - politoloq deyib.


N.Miri qeyd edir ki, terrorun arxasındakı məqsədlərdən biri Avropanın miqrant problemindən canını qurtarmaq istəyidir: "Gözləniləndir ki, Fransa bu terrordan sonra müsəlmanların girişinə qadağa qoysun, ardınca da bütün Avropa sərhədlərini miqrantların üzünə bağlasın. Beləliklə, bütün müsəlmanları Avropadan qovacaqlar. Bu çox təhlükəli tendensiya olar”.

 


Politoloq əlavə edib ki, terror hücumlarının bundan sonra digər Avropa ölkələrində olması da gözləniləndir.
 

 

Politoloq Zərdüşt Əlizadə də Publika.az-a açıqlamasında deyib ki, Fransadakı terrorun izlərini Yaxın Şərq hadisələrində axtarılmasının tərəfdarıdır.

 

 
Onun sözlərinə görə, Qərb Yaxın Şərqi cəhənnəmə çevirir və qarşılığında özü də bəhrəsini görür: "Bunu bumeranq effekti də adlandıra bilərik. Bütün terror təşkilatlarını - "Əl-Qaidə”ni, "Taliban”ı, indi də İŞİD-i Qərb yaradıb. İndi də başlayıblar onlarla mübarizə aparmağa. Əgər Qərb bu cür hücumlara məruz qalmaq istəmirsə, deməli özü hücumlardan əl çəkməli, terroru dəstəkləməməlidir”.

Politoloqun fikrincə, Nitsa terrorunun arxasında xüsusi siyasi məqsədlər görünmür: "Bu, sadəcə olaraq Qərbin etdiklərinin öz qarşısına çıxmasıdır”.

O, hesab edir ki, Qərb bu siyasətindən əl çəkməyincə terror davam edəcək.


OXŞAR XƏBƏRLƏR

Əvəz Zeynallının son vəziyyəti necədir? - Xanımı danışdı

Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə...

Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin artım

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.   Sfera.az Dövlət Gömrük K...

Tramp Zelenskidən sonra Putinə də zəng etdi - Yeniləndi

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında telefon danışığı başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə “Reuters&rd...

Bakının mərkəzində söküntü başlayır - Bu qədər kompensasiya ödənəcək

Bakının mərkəzində yeni söküntü başlayır, yerində park salınacaq.   Sfera.az “Teleqraf”a istinadən xəbər verir ki, paytaxtın Yasamal rayo...

Nişanlandığı qızı fotoları ilə şantaj etdi - HƏBS OLUNDU

Bakıda nişanlandığı qızı sonradan fotoları ilə şantaj edən 23 yaşlı İmran (ad şərtidir) həbs edilib.   Sfera.az xəbər verir ki, İmran instaqramdan ta...

Məşhur müğənni səhnədə yerə sərildi

Türkiyəli məşhur müğənni Ziynet Salinin vəziyyəti pişləşib.   Çeşmədə səhnəyə çıxan ifaçı mahnı oxuyan zaman anidən yerə yıxılıb. Sənətçinin köməkçil...