Ən çox istifadə olunan şifrələr bəlli oldu – “12345”, “səni sevirəm”...

Ən çox istifadə olunan şifrələr bəlli oldu – “12345”, “səni sevirəm”...
"NordPass” illik "Ən Ümumi Şifrələr” hesabatını paylaşıb.

Sfera.az xəbər verir ki,  tədqiqat göstərib ki, insanlar adətən futbolla bağlı ifadələrdən, avtomobil markalarından və qrup adlarından parol kimi istifadə edirlər. Bu araşdırma həmçinin bir çox istifadəçinin parol kimi öz adından da istifadə etdiyini göstərib.
 
"ESET” informasiya texnologiyaları təhlükəsizliyi şirkətindən Ceyk Mur vurğulayıb ki, bu araşdırma göstərir ki, insanlar hələ də zəif paroldan istifadənin risklərini başa düşmürlər. Ceyk Mur insanlara təfərrüatları yadda saxlamadan ziyarət etdikləri hər sayt üçün fərqli parollar təyin edə bilən parol menecerindən istifadə etməyi tövsiyə edib.

Araşdırmalara görə, 23456-nın dünyada ən çox yayılmış parol olduğu, təxminən 103 milyon 170 min 552 istifadəçi tərəfindən istifadə edildiyi məlum olub. 123456789 və 12345 şifrələri isə müvafiq olaraq 46 milyon 27 min 530 və 32 milyon 955 min 431 nəfər tərəfindən istifadə olunur.

Digər tərəfdən, araşdırma edən mütəxəssislər məşhur futbol klubları və digər mədəni simvolların da parol kimi istifadə edildiyini açıqlayıb. Buna uyğun olaraq, Çilidə "Colocolo”, Braziliyada "Bacional”, Çexiyada "Sparta”, Fransada "Marsel” və Almaniyada "Schalke04” geniş istifadə olunur. Həmçinin, İrlandiyada "guinness” kimi məşhur yerli içki adları, Nigeriyada "Məsih" və Səudiyyə Ərəbistanında "Bismillah" kimi dini terminlər parollarda tez-tez istifadə olunur və asanlıqla təxmin edilir. Hesabatda qadınların parol kimi "mənim günəşim” və ya "səni sevirəm” kimi daha müsbət və sevgi dolu sözlərdən istifadə etdiyi müəyyən edilib. Digər tərəfdən kişilərin daha çox söyüş, idman, xüsusilə də futbolla bağlı parollardan istifadə etdiyi müşahidə edilib.

Həmçinin, qwerty, password və 111111 Top 10 siyahısında digər məşhur parollar arasında yer alıb.
 
Əzizə
 

OXŞAR XƏBƏRLƏR

Yol Polisindən hava şəraiti ilə bağlı MÜRACİƏT

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə d...

Bakıda yanğın: sakinlər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki,...

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi...

Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.   Sfera.az&nb...

Ötən ay 17 aptekdə yoxlama aparılıb

Bu ilin iyun ayı ərzində 17 aptekdə planlı və plandan kənar yoxlama keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik E...

Əliyev və Japarov Ağdamın Xıdırlı kəndində...

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələs...

Azərbaycanın xarici siyasətində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur

Azərbaycan beynəlxalq aləmdə müstəqil xarici və daxili siyasət kursu, regional təşəbbüsləri, eyni zamanda regionda sülh və əməkdaşlığa verdiyi önəmli töhfələr s...