Azərbaycanda bahalaşma uzunmüddətlidir - ŞƏRH

Azərbaycanda bahalaşma uzunmüddətlidir - ŞƏRH
Rəsmi məlumatların təhlili göstərir ki, ölkəmizdə qiymət artımları uzunmüddətli qiymət dəyişikliklərindən qaynaqlanıb.
 
Sfera.az bildirir ki, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan bazis inflyasiyası  2021-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz yüksəlib.
 
Bazis inflyasiyası hesablanan zaman meyvə və tərəvəz, yanacaq məhsulları, dövlət tərəfindən əhaliyə göstərilən pullu xidmətlərdəki qiymət dəyişikliyi nəzərə alınmır. Bu cür hesablama uzunmüddətli bahalaşmanın səviyyəsini müəyyənləşdirməyə imkan verir.
 
Bu il ümumi inflyasiyanın 5,7 faiz olması fonunda bazis inflyasiyasının 3,6 faiz təşkil etməsi onu göstərir ki, əksər əmtəələrdə və xidmətlərdə qiymət artımları olub və bahalaşma qısamüddətli təsirlərdən baş verməyib. Yanvar-oktyabr dövründə ölkəmizdə baş verən 5,7 faizlik bahalaşmanın 3,6 faizlik hissəsinin bazis inflyasiyasından ibarət olması ondan xəbər verir ki, ölkəmizdə qiymət artımları daha çox uzunmüddətli qiymət dəyişiklikləri ilə bağlı olub. Yəni, dövlət enerji qiymətlərini, kommunal xidmətlərin qiymətini dəyişdirməsəydi də yüksək qiymət artımları qeydə alınacaqdı.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR