Azərbaycan, Rusiya və İranın BİRGƏ PLANI

Azərbaycan, Rusiya və İranın BİRGƏ PLANI

Azərbaycan, Rusiya və İran prezidentləri – İlham Əliyev, Vladimir Putin və Həsən Ruhani avqustun 8-də Bakıda "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə əlaqədar danışıqlar aparacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda işgüzar səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

 

E.Məmmədyarov deyib ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə əlaqədar prezidentlər səviyyəsində aparılacaq danışıqlarla bağlı Türkiyənin xarici işlər nazirinə də məlumat verilib: "Bilirsiniz ki, avqustun 8-də biz Azərbaycan, Rusiya və İran prezidentləri səviyyəsində "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi ilə əlaqədar danışıqlar aparacağıq. Mən bu barədə hörmətli həmkarım Mövlud bəyi məlumatlandırdım. Hazırda da "İpək Yolu” layihəsinə dair Türkiyə tərəfi ilə yaxından işləyirik”.

 

Nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu il istifadəyə verildikdən sonra "İpək Yolu” layihəsi tam işə düşəcək: "Bununla da Azərbaycan tranzit mərkəz kimi öz rolunu oynayacaq”.

 



OXŞAR XƏBƏRLƏR

Audiovizual Şuranın növbəti iclası keçirildi

18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilmişdir.   Sfera.az xəbər verir ki, iclasda audiov...

Gürcüstanlı səyyahlar Ağdama səfər etdilər

Gürcüstanlı səyyahlar Ağdama səfər ediblər.   Sfera.az xəbər verir ki, qonaqlar Ermənistanın işğal illərində Ağdamda törətdiyi dağıntılar, aparılan y...

“Qarabağ”ın oyununa satılan biletlərin sayı AÇIQLANDI

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayaks" (Niderland) oyununa satılan biletlərin sayı müəyyənləşi...

Məşhur iş adamına AĞIR İTKİ - FOTO

«ISR Holding» şirkətlər qrupunun prezidenti, məşhur iş adamı İsgəndər Xəlilova ağır itki üz verib.   Sfera.az Manset.az-a istinadən xəbər...

“Bu, transların verə biləcəyi bir qərardır” - Elşad Miri + VİDEO

 “Uşaq dünyaya gələndə gender mövzusu ilə bağlı bir anlayışı olmur. Bu, yaşadığı cəmiyyət və bəzi şeylərə etirazın nəticəsində sonradan formalaş...

Azərbaycanda yaşamaq üçün 54 mindən çox əcnəbi müraciət etdi

Ötən 9 ayda Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddə...