Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 16-da 83,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,97 dollar/barel çoxdur.

Bu barədə Sfera.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,99 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,2 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 82,76 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel çoxdur.

OXŞAR XƏBƏRLƏR