“Bu edilməsə erməni təxribatlarının qarşısını almaq mümkün olmayacaq” – Türk general

13:14 / 17.11.2021
1207
"Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatlarına
və terror aktlarına qarşı layiqli cavab verməlidir. Bu, zərurətdir. Belə
olmasa, düşmənin terror hərəkətlərinin qarşını almaq mümkün olmaz”.
Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyənin
Azərbaycandakı keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz son günlər
Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən gərginliyi şərh edərkən
deyib.
Onun sözlərinə görə, Ermənistan əvvəllər
olduğu kimi indi də əsl məqsədinin sülh və sabitlik olmadığını bir daha göstərdi:
"Görünür, Ermənistan hələ ağıllanmayıb. Əgər
Ermənistan təxribat və terror fəaliyyətinə davam edərsə, İkinci Qarabağ müharibəsindən
daha ağır məğlubiyyətə hazır olmalıdır. Əvvəla, ona görə ki, Azərbaycan
Ordusunun ölkə sərhədlərində Ermənistanın bütün hərbi müdaxilə cəhdi və bu
konteksdə terror hərəkətlərinə qarşı tədbirlər həyata keçirmək hüququ var. İstənilən
halda bu beynəlxalq hüquqa uyğundur.
Digər tərəfdən Ermənistan özünün milli güc
ünsürləri ilə Azərbaycanın qarşısında dura və savaşa bilməz. Müharibə zamanı
Ermənistan ordusunun 60 faizi məhv edilib. Bunun bərpası üçün illər lazımdır. Təsadüfi
deyil ki, Ermənistan KTMT və Rusiyadan yardım istəyib, ancaq Rusiyanın və
KTMT-nin də Ermənistanın bu oyununun fərqində olduğunu düşünürəm”.
Y. Karauzun sözlərinə görə, indiki halda kimin
sülh, kimin müharibə istədiyi bəllidir:
Turan Rzayev