Ərəbdilli KİV-lər İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsindən yazdı

Ərəbdilli KİV-lər İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsindən yazdı
İordaniyanın "Nayrouz” informasiya agentliyinin saytında, həmçinin Küveytin "q8press”, İraqın "Əfkar Hürə” və "Mustağila” portallarında azərbaycanlı şərqşünas Həşim Məmmədov və siyasi şərhçi Turan Rzayevin Türk Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi barədə məqalə dərc edilib.

Sfera.az xəbər verir ki, məqalədə mükafatın Azərbaycanın dövlət başçısına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edildiyi diqqətə çatdırılıb. Müəlliflər qeyd ediblər ki, Prezident İlham Əliyevin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Azərbaycan Prezidentinin şəxsiyyətinə, Türk dünyasındakı lider mövqeynə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan böyük nüfuzuna verilən layiqli qiymətdir.
 
Təsadüfi deyil ki, bu gün Prezident İlham Əliyev Türk və islam dünyasında uzaqgörən, məqsədyönlü siyasət aparan prinsipial dövlət xadimi kimi şöhrət qazanıb. Xüsusən, 44 günlük müharibə zamanı dövlətimizin başçısının istər hərbi, istərsə də diplomatik uğurları və əldə edilən tarixi Qələbə onun həm türk ölkələri, həm də dünya miqyasında nüfuzunu daha da artırıb.

Yazıda vurğulanıb ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə Prezident İlham Əliyevin timsalında türk xalqının tarixi oyanışının rəmzi olub. Xüsusən, türk dünyası üçün də əhəmiyyətli olacaq Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər diqqətəlayiqdir.

Prezident İlham Əliyev hələ 2009-cu ilin oktyabrında Türkdilli dövlət başçılarının Naxçıvan Zirvə Görüşündə deyirdi ki, vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən liderdir.

 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...