Dünyada ən çox ucuzlaşan valyuta türk lirəsidir - İkinci yerdə isə...

10:31 / 17.11.2021
841
Dollar türk lirəsi (TL) məzənnəsində sabitlik
təmin etmək mümkün olmur. Bir müddət öncə 10 lirəyə yüksələn ABŞ dolları son 2
gündə 4 faizdən çox bahalaşaraq bu səhər 10,447 həddinə çatıb. Artıq yeddinci
gündür ki, lirə dəyər itirir.
Sfera.az xatırladır ki, TL-nin ucuzlaşması
Türkiyə Mərkəzi Bankının açıqladığı faiz qərarından sonra güclənib. Adətən belə
vəziyyətdə mərkəzi banklar faiz dərəcəsini artırır. Amma Türkiyə Mərkəzi Bankı əksinə
hərəkət edərək faizləri endirmişdi. Bu qərar türk lirəsində yeni rekord enişlərə
səbəb olub.
Bu həftənin cümə axşamında Türkiyə Mərkəzi
Bankı faizlərə yenidən baxacaq. Bəzi iddialara görə, faizlər yenidən endiriləcək
və faiz dərəcsi 16-dan 15-ə düşəcək. Bu cür xəbərlər TL-ni daha da dəyərsizləşdirir.
Vasif