“Kim nə deyir, desin...” – Keçmiş XİN rəhbəri sərhəd təxribatlarındakı "kənar barmaq"dan danışdı

“Kim nə deyir, desin...” – Keçmiş XİN rəhbəri sərhəd təxribatlarındakı
Ermənistan silahlı qüvvələri dövlət sərhədinin müxtəlif istiqamətlərindən ard-arda genişmiqyaslı təxribatlar törədir.
 
Maraqlıdır, indiki halda Ermənistan gərginliyi artırmaqla nəyə nail olmağa çalışır?

Sfera.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov düşünür ki, Rusiya başda olmaqla regionda marağı olan qüvvələr yenidən aktivləşib:
 
"Kim nə deyir desin, bu gün böyük güclərin marağına uyğundur ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə aktuallığını saxlasın. Söhbət heç də Qarabağdan getmir. Məsələ ondadır ki, regionda marağı olan böyük güclər anlayır ki, Qarabağda gərginliyi davamlı olaraq saxlamaq artıq xərc tələb edir. Buna görə də düşünürəm ki, münaqişə strateji olaraq Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçir. Hazırda sərhədboyu təxribatlar, gərginlik bunun sübutudur”.

Diplomatın sözlərinə görə, münaqişənin Qarabağdan Ermənistan-Azərbaycan dövlət sərhədinə keçməsi regiona müşahidəçilərin peyda olmasına, həmsədrlərin monitorinqlərinə səbəb olacaq:

"Bu gün Ermənistanın Azərbaycana qarşı aktiv hərbi əməliyyatlara başlamaq potensialı yoxdur. İndiki halda Ermənistanda bir çox güc mərkəzləri fəaliyyət göstərir. Hansı ki, bu güc mərkəzlərinin bir hissəsi Paşinyanı, digər bir hissəsi Köçəryanı dəstəkləyir. Hətta siyasətdən uzaq qalmalı olan ordu belə bu güc mərkəzlərinin təsirindədir. Təsadüfi deyil ki, Ermənistanda son bir ildə 4 dəfə müdafiə naziri dəyişib. Bu mənada hesab edirəm ki, hazırkı siyasi böhran istər sərhəddə, istərsə də Ermənistan daxilində davam edəcək”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...