ÜDM sürətlə böyüyür – İstehsalda yeni rekord göstərici qeydə alınacaq

İqtisadiyyat
12:33 / 16.11.2021
932
Bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM)
istehsalının dəyərində və onun adambaşına düşən hissəsində yeni rekord göstərici
qeydə alına bilər.
Sfera.az bildirir ki, ilk 10 ayda ÜDM
istehsalı 71,6 milyard manata, adambaşına düşən hissəsi 7 148 manata yüksəlib.
İlin son aylarında yaradılan dəyərin daha yüksək olacağını nəzərə alsaq,
ehtimal etmək olar ki, yekunda ÜDM istehsalı 87 milyard manata, onun adambaşına
düşən hissəsi 8,6 min manata çatacaq.
Manatla ifadədə ÜDM dəyərinin 2021-ci ildə
gözlənilən həcmi rekord göstərici olacaq. İndiyə qədər ən böyük ÜDM 2019-cu ildə
istehsal edilmişdi və onda yaradılan dəyərin həcmi 81,9 milyard manat idi.
Adambaşına düşən göstərici baxımından da bu il
ÜDM istehsalında rekord nəticə əldə ediləcək. Bu ilə qədər ən yaxşı nəticə
2019-cu ildə qeydə alınan 8200 manat olub.
ABŞ dolları ilə ifadə etdikdə isə ÜDM
istehsalının dəyəri 51,1 milyard dollar, adambaşına düşən hissəsi 5 min dollar
təşkil edəcək. Bu göstəricilər 2014-cü ildə qeydə alınan göstəricilərdən az
olsa da son 7 ilin ən yaxşı nəticəsidir.
Vasif