Tural Abbaslı sosial şəbəkələrdə tənqid olunan videodan danışdı: \"Nişanlımdır...\"

Tural Abbaslı sosial şəbəkələrdə tənqid olunan videodan danışdı: \
Videodakı xanım nişanlımdır. Əlbəttə ki, orada heç bir müalicə proseduru aparmıram. Mən ixtisasca jurnalistəm və siyasi xadim kimi fəaliyyət göstərirəm. Yəni, həkim deyiləm. Videonu mənim dostum - stomatoloq çəkərək paylaşıb. Qeyri-adi video olduğunu hesab etmirəm, amma tənqid edənləri də normal qarşılayıram. Onu da bilirəm ki, videonu xaricdə hansısa partiya sədri paylaşmış olsaydı, səmimiyyət göstəricisi kimi qəbul ediləcəkdi. Bizdə isə eyni şeyi qeyri-ciddi davranış adlandırılar".

Sfera.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Ağ Partiyanın sədri Tural Abbaslı sosial şəbəkələrdə müzakirələrə səbəb olan, özünün də yer aldığı video görüntü barədə danışarkən deyib.

Partiya sədri bildirib ki, siyasətçilər də insandır, onların duyğuları, hissləri, sevinc və qorxuları var: "Yəni, siyasi xadimlərdən fövqəl-bəşər bir obraz gözləmək lazım deyil. Misal üçün, hansısa ölkənin baş naziri velosipedlə gəzsə, onu təvazökar məmur adlandıracaqlar, lakin bizdə eyni hal baş versə, başqa cür ad verəcəklər. Yadımdadır, namaz qılarkən çəkilən video paylaşılanda da çoxlu tənqidlər yazırdılar. İstənilən halda, bu fikirlərimin tənqid kimi anlaşılmasını istəmirəm. Məni tənqid edənləri tənqid etmirəm, çünki başa düşürəm ki, hər kəsin özünəməxsus fikri var. Belə hallar normaldır, qeyri-adi heç nə yoxdur. Necə deyərlər, gülünə dözən, tikanına da dözməlidir".
 


OXŞAR XƏBƏRLƏR

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Mikayıl Cabbarov Məhəmməd Əbunəyyan ilə görüşdü

Otuzuncu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin...

Əli Əsədov Olivye Bukalla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalla görüşüb.   Sfera...

“Bakı Enerji Həftəsi” ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsbit edir

Müasir dünyada enerji amili istisnasız olaraq bütün ölkələr üçün həm də milli təhlükəsizlik məsələsidir. Əgər Yaşıl enerjiyə keçidin bir səbəbi ətraf mühitin qo...

Həftənin 3 şanslı bürcü – Sevgi və pul gəlir!

Yeni həftə bəzi bürclər üçün sevgi və maddi bolluq vəd edir. Sfera.az xəbər verir ki, göy qübbəsindəki müsbət enerjilər münasibətlərdə istilik, maliyy...

ABB Qarabağ Universitetinin 50 tələbəsinətəqaüd ayıracaq

İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qar...