ABŞ və Rusiya bu ölkəyə eyni anda silah satır

ABŞ və Rusiya bu ölkəyə eyni anda silah satır
"İkinci Qarabağ müharibəsi pilotsuz uçuş aparatlarının üstünlüyünü dünyaya əyani şəkildə nümayiş etdirdi. Polşa və Ukrayna İkinci Qarabağ müharibəsindən sonra Türkiyədən "Bayraqtar” PUA-larının alınmasına qərar verdilər. Bu tendensiya davam etməkdədir”.
 
Sfera.az bildirir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Hindistanın da pilotsuz uçuş aparatlarına marağı artıb. Hindistanla Çin arasında sərhəd problemi mövcuddur, Himalay dağlarının ətrafında gərginlik hökm sürür, ara-sıra toqquşmalar qeydə alınır:

"Hər iki ölkə zaman-zaman bu ərazilərdə hərbi təlimlər keçirməklə güclərini nümayiş etdirirlər. Bu arada, Hindistanın baş naziri Narendra Modi ordunun modernləşdirilməsinə qərar verib. Məqsəd quru və hava qüvvələrini gücləndirməkdir. Bu məsələdə Hindistana ABŞ dəstək verir.

Hindistan, Avstraliya və Yaponiya ilə birgə ABŞ-ın formalaşdırdığı dördlü blokun üzvüdür. Buna görə də Amerika tərəfdaş dövlətlərin ordularını gücləndirməyi özünə borc bilir. ABŞ Hindistana hərbi hava qüvvələrini gücləndirməyə kömək edir. Məhz bu mövzunu müzakirə etmək üçün Narendra Modi bir müddət əvvəl ABŞ Prezidenti Co Baydenlə Ağ Evdə görüşmüşdü. Bu görüşdən sonra Hindistanın Amerikadan 30 "Predator” pilotsuz uçuş aparatı alacağı xəbəri yayıldı. Hindistan bu dronlardan Çinlə sərhədi nəzarət etməyi planlaşdırır. Yəni bu dronlar kəşfiyyat məqsədlidir. Amerika Hindistana "Apache” helikopterləri də satıb.
 
Hindistan Amerika ilə yanaşı Rusiya ilə də hərbi-texniki əməkdaşlığı genişləndirməyə çalışır. Hindistan Rusiyadan T-90 və T-72 tankları, Cu-30 hərbi təyyarələri alıb. Bundan başqa Hindistanla Rusiya birə "BrahMos” raketlərini istehsal edirlər. Hindistan bu raketləri Çinin Tibetlə sərhəd ərazisində də yerləşdirib”.

Politoloqun fikrincə, Hindistan tək-tük ölkələrdəndir ki, bir-biri ilə münasibətləri gərgin olan həm ABŞ, həm də Rusiyadan hərbi texnika alır:

"Baxmayaraq ki, Rusiya Çinlə strateji tərəfdaşlıq münasibətləri qurub, Kreml Amerikadan silah alan Hindistana hərbi texnika satmaqdan çəkinmir. Bu Çinin xoşuna gəlməsə də, Rusiya-Hindistan hərbi əməkdaşlığı reallıqdır. Digər tərəfdən, Çin və Hindistan aralarındakı mübahisələrə baxmayaraq, hər ikisi Rusiya ilə birgə Şanxay Əməkdaşlıq Təşkilatının üzvləridirlər. Kreml bu təşkilat çərçivəsində iki ölkəni barışdırmağa çalışsa da, nəticə əldə etmədi. 
Hərbi ekspertlər Çinin son illərdə hərbi gücünü dəfələrlə artırdığını bildirirlər. Ona görə də Hindistan Çindən geri qalmamağa çalışır. Buna baxmayaraq, Çinin hərbi büdcəsi Hindistanın hərbi büdcəsindən ən azı 3 dəfə çoxdur. Dehli ordunu modernləşdirməklə, yeni hərbi texnika almaqla Çindən geriliyin artmasına imkan vermək istəmir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...

"Putini şəxsən gözləyəcəyəm" - Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski atəşkəs əldə olunacağı təqdirdə mayın 15-də İstanbulda keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putini şəxsən gözləy...

Ölkəmizdə ilk dəfə “Olimpiada Bilik Forumu” təşkil olundu

Mayın 11-də “Gülüstan” sarayında Gənclər Fondunun tərəfdaşlığı, “Fred’s English”in təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Ol...