Xarici valyutaların manata qarşı məzənnələri

İqtisadiyyat
10:00 / 16.11.2021
1262
Azərbaycan Mərkəzi Bankı 16 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Sfera.az-a verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1.9349 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1686 manat, 1 Rusiya rublu 0.0235, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5397 manatdır.