Əliyev xalqı müharibəyə hazırlamayıb... - Rus deputat

Siyasət
22:25 / 15.11.2021
1775
Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə rəhbərliyi dövründə Azərbaycan xalqını müharibəyə deyil, Qələbəyə hazırlayıb və bu, daha çox ölkəsinin Silahlı Qüvvələrində apardığı fundamental islahatlara aiddir.
Sfera.az xəbər verir ki, bunu rusiyalı deputat Sergey Varonin bildirib.
"Xüsusi təyinatlılardan təşkil edilən 300 nəfərlik qrupların qayalardan qalxaraq Şuşa şəhərinin azad edilməsi üçün döyüşlərə qatılması və bunu heyrətamiz qələbə ilə başa çatdırması bu gün dünyanın ən təcrübəli hərbi ekspertlərini heyrətləndirən müharibə elementidir. Bu, daha çox onunla izah edilir ki, hər bir qələbə əvvəlcə şüurda həkk olunandan sonra hərbi əməliyyatlarda reallaşmalıdır", - Voronin vurğulayıb.