Tələbə təqaüdləri ilə bağlı qaydalar niyə dəyişib? - AÇIQLAMA

Tələbə təqaüdləri ilə bağlı qaydalar niyə dəyişib? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, dəyişikliklə bağlı Nazirlər Kabineti açıqlama yayıb.

Bildirilib ki, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması peşə təhsili və təliminin inkişafında rol oynayan əsas amillərdən biridir.

Hazırda peşə təhsilini seçən tələbələrin böyük əksəriyyəti peşə təhsili və təlimi sisteminin təklif etdiyi müvafiq imkanlardan faydalanırlar.

Belə ki, dövlət hesabına təhsil alan peşə təhsili müəssisələrinin tələbələri təqaüdlə təmin edilirlər. Lakin bu təqaüd nəticələrə əsaslanmır və təqaüdün verilməsi üçün yalnız tələbənin qeydiyyatdan keçməsi kifayət edir.

Buna görə də dövlət büdcəsi hesabına təqaüdlərin verilməsinin peşə təhsili sisteminin inkişafına təsirinin artırılması məqsədilə nəticələrə əsaslanan təqaüd sisteminin qurulması vacibdir.

Bununla əlaqədar peşə təhsili sahəsində nəticələrə əsaslanan təqaüd sisteminin qurulması və peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə təqaüdlərin onların qiymətləndirmə (yarımil) nəticələrinə görə verilməsinin tənzimlənməsi məqsədilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Qərarı qəbul edilib.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Ruanda Respublikasının Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Ruanda Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir...

Dünyada ən çox bu bürcün nümayəndəsi var

Dünyada ən çox rast gəlinən bürcün adı məlum olub.   Sfera.az xəbər verir ki, statistik məlumatlara görə, planetin müxtəlif bölgələrində doğum tarix...

Rusiyada azərbaycanlı qadını VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR - VİDEO

Rusiyada jurnalist restoran əməkdaşına hücum edib   Sfera.az AZTV-yə istinadən xəbər verir ki, Rusiyada daha bir insident qeydə alınıb. Sverdlovsk vi...

“Bank of Baku tam rəqəmsallaşacaq!” – Bankın sədri Həsən Quliyevlə MÜSAHİBƏ

Bank of Baku-nun İdarə Heyətinin sədri Həsən Quliyev bankın fəaliyyəti ilə bağlı müsahibə verib.   Sfera.az materialı təqdim edir:   ...

Bu rayonlara yağış yağıb - Faktiki hava

Azərbaycanda iyulun 1-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.   Bu bar...

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı

ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı 3-cü araşdırma hesabatını təqdim edib.   Bu araşdırma 2025-ci ilin 1-ci rübü...