Bahalaşma Azərbaycana idxalı azaldıb - Məhsullar üzrə STATİSTİKA

12:55 / 15.11.2021
1267
2021-ci ildə
Azərbaycana dəyər ifadəsində idxal artsa da real ifadədə idxalın miqdarında
ciddi azalma qeydə alınıb.
Sfera.az
bildirir ki, dəyər ifadəsində bu ilin ilk 9 ayında 8,34 milyard dollarlıq idxal
həyata keçirilib. Ötən ilin eyni dövründə idxalın dəyəri 7,823 milyard dollar
idi. Faktiki qiymətlərlə müqayisə göstərir ki, bu il idxal 820 milyon dollar və
ya 10,5 faiz artıb.
Real
göstəricilər əsas götürüldükdə isə məlum olur ki, bu il idxal artmayıb, əksinə
12,2 faiz azalıb.
2021-ci ildə
faktiki qiymətlərlə idxalın artması inflyasiya səviyyəsinin yüksəlməsi ilə
əlaqədardır. İlk 9 ayda idxal edilən malların qiyməti 21,5 faiz artıb. Qiymət
artımı böyük olduğundan ölkəmizə gətirilən malların miqdarının azalmasına baxmayaraq
onlara çəkilən xərci artırıb. Buna görə də yekunda idxalın dəyəri azalmaq
əvəzinə yüksəlib.
İdxal edilən
mallar arasında daha çox bahalaşma neft məhsullarında (44,1 faiz), kauçuk,
rezin və onlardan hazırlanan məmulatlarda (41,6 faiz), toxuculuq mallarında
(32,1 faiz), azqiymətli metallarda (31,2 faiz), mebellərdə (52,3 faiz) qeydə
alınıb.
İnflyasiya
nəzərə alınmadıqda bu il xam şəkər və şəkər idxalı 3,4 faiz, çay 5,3 faiz,
kartof 19,2 faiz, təzə tərəvəz 39,2 faiz, minik avtomobilləri 1,7 dəfə, yük
avtomobilləri 1,7 dəfə, rezin şinlər 38,7 faiz, mebellər 33,4 faiz, paltaryuyan
maşınlar 28,5 faiz, avtobuslar 9,3 faiz, məişət soyuducuları 39,3 faiz artıb.
Buğda idxalı
isə 28,8 faiz, bitki yağları 7,5 faiz, kərə yağı, digər süd yağları və
pastaları 11,6 faiz, quş əti və onun əlavə məhsulları 10,1 faiz, mal əti 43,2
faiz, siqaretlər 24,9 faiz, qara metallardan borular 26,1 faiz, polad prokatı
38,7 faiz, mineral gübrələr 59,7 faiz, qara metallardan çubuqlar 70,2 faiz,
polietilen 29,5 faiz, qara metallardan künclüklər 26 faiz, sement və sement
klinkerləri 15,8 faiz azalıb.
Vasif