Neft yenidən ucuzlaşa bilər – Hər şey ABŞ-ın qərarından asılıdır

İqtisadiyyat
11:37 / 15.11.2021
1128
Neft
qiymətlərinin mövcud səviyyəsi ABŞ-da strateji neft ehtiyatlarından istifadə
çağırışlarını gücləndirib. Çağırışlara qoşulanlar arasında ABŞ-ın senatorları
da var.
Sfera.az
bildirir ki, Senatda demokat qrupun lideri Çarlz Şumer prezident Baydenə müraciət
edərək benzin qiymətlərinin eməsi üçün strateji ehtiyatlardan istifadə edilməsini
istəyib. Onun fikrincə, qiymətlərin əlverişli səviyyəyə düşməsi üçün strateji
neft ehtiyatlarından satışlara başlamaq lazımdır.
Qeyd edək ki, strateji ehtiyatlardan istifadə ilə bağlı çağırışların güclənməsindən sonra neft qiymətləri aşağı düşüb. Ekspertlər proqnozlaşdırır ki, ABŞ ehtiyatların satışına başlayarsa qiymətlər 20 faiz düşə bilər.
Vasif