Azərbaycanlı müğənninin döyülmək xəbəri yayıldı - FOTO

Azərbaycanlı müğənninin döyülmək xəbəri yayıldı - FOTO

1xəbər.com-a daxil olan məlumata görə, Azərbaycanın sevilən ulduzu döyülüb. 

Milli.Az sözügedən sayta istinadən bildirir ki, belə ki, bir neçə ay öncə "Eurovision 2011" təmsilçimiz Nigar Camalın döyülmə xəbəri yayılmışdı. Bu günlərdə isə Azərbaycana qələbə sevinci yaşadan sənətçinin sevgilisinin qohumları tərəfindən hücuma məruz qaldığı məlum olub.

Həyat yoldaşından boşandığını ictimaiyyətə keçən il açıqlayan Nigar Camal Azərbaycanın yüksək vəzifəli məmurlarından birinin Türkiyədə yaşayan oğlu ilə eşq yaşayıb. 
İfaçının yaxın çevrəsindən əldə etdiyimiz məlumatda, Nigar Camal mütəmadi olaraq sevgilisi ilə Türkiyədə görüşüb. Sevgilisinin yüksək vəzifəli məmurun oğlu olması ona problemlər yaşadıb. 20-21 yaşlı subay övladlarının iki uşaq anası ilə görüşməsi öğlanın valideynlərini narahat edib. Valideynlər bunun qarşısını dəfələrlə almağa çalışsalar da cəhdləri boşa çıxıb. Sevgililəri ayırmaq mümkün olmayıb.

Cəhdlərinin boşa çıxdığını görən valideynlər çıxış yolunu Nigar Camalı qorxutmaqda görüblər. Bundan sonra ifaçı məmurun adamları tərəfindən möhkəm döyülüb. Həyati təhlükənin reallığını dərk edən ifaçı ayrılmaq qərarını verib. 

Məsələ ilə bağlı Nigar Camalla əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı. İfaçının yeni prodüseri isə saytımıza açıqlamasında hadisədən məlumatsız olduğunu bildirdi: "Mən Nigar xanımla çalışmağa yeni başlamışam. Sizin dediklərinizi ilk dəfədir eşidirəm. Ona görə də heç nə deyə bilməyəcəm", - deyə xəbəri nə təsdiq, nə də təkzib edib.

Xatırladaq ki, Nigar Camal 7 sentyabr 1980-ci il tarixində Bakı şəhərində anadan olub. 2005-ci ildə kiprli Haluk Camalla ailə qurub və İngiltərənin paytaxtı Londonda yaşayıb. Bu evlilikdən iki qız övladı var: Jasmin və Səidə.


OXŞAR XƏBƏRLƏR

"Yaxın aylarda müavinət və təqaüdlər artırılacaq" - Nazirlik

Minimum əməkhaqqının və bir sıra sahələrdə əməkhaqları ilə yanaşı, müavinət və təqaüdlərin də yaxın aylarda artırılması nəzərdə tutulur.   Sfera.az x...

Vətəndaşlardan qanunsuz saxladıqları odlu silahlar götürüldü

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də könüllü təhvil verilməsi məqsədilə əməliyyat-ax...

Şəmşad Ağa həbs edildi

“Meydan TV işi” üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa barəsində həbs qətimkan tədbiri seçilib.   Sfera.az...

Nazirlik 1 şagirdin 11 illik təhsilinə 20 min manat xərcləyir - Emin Əmrullayev

"Ölkədə təhsilinə 700 min manat xərclənən şagird var".   Sfera.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bugünkü b...

"Uşağımı öz müəlliminin yanına hazırlığa göndərmərəm" - Emin Əmrullayev

"Mən uşağımın öz müəlliminin yanına əlavə hazırlığa getməsinə icazə vermərəm".   Sfera.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri E...

Venera Qoç bürcündə... - Bürclərə təsiri nə olacaq?

Artıq Venera Qoç bürcünə keçir və 6 iyuna qədər burada qalmağa davam edəcək.   Sfera.az bu astroloji hadisənin bürclərə təsiri ilə bağlı məlumatı təq...