Nino Burcanadze: “Ən gözəl nümunə cənab İlham Əliyevin siyasətidir” – VİDEO

Nino Burcanadze: “Ən gözəl nümunə cənab İlham Əliyevin siyasətidir” – VİDEO
Gürcüstanın eks spikeri Nino Burcanadze Rusiyanın Cənubi Qafqazdakı siyasətini qəliz adlandırıb. Onun fikrincə, ruslar özlərinə sərfəli saydıqları siyasəti yürüdürlər.

Sfera.az bildirir ki, Bizim.Media-ya özəl açıqlamasında gürcü siyasətçi müxtəlif məsələlərə toxunub bə bildirib ki, Kremlin başqa ölkənin dərdini çəkdiyini düşünmək sadəlövhlük olar.

Həmçinin region ölkələrinə sərf edənləri də reallaşdırmaqları ağılabatan deyil:

"Amma düzgün siyasət apardıqda kəsişmə nöqtələri tapmaq mümkündür. Həmin nöqtələrdə maraqlar toqquşa və üst-üstə düşə bilər. Ən gözəl nümunə Azərbaycan və cənab İlham Əliyevin siyasətidir. Yəni, çətin duruma baxmayaraq Rusiya ilə hansısa istiqamətdə münasibətləri nizamlamaq olar”. 

Ermənistanla Azərbaycan arasındakı sülh prosesi barədə nə demək olar?

"Ümid edirəm ki, vəziyyət doğrudan da sülhə doğru irəliləyər. Çünki Qafqazın sülh şəraitində inkişafı hər bir dövlət üçün əhəmiyyətlidir. Hazırda İrəvanla Bakı arasında danışıqlar gedir. Ölən insanların cəsədləri qaytarılır. Ermənilər də bəzi rayonların mina xəritələrini təhvil verib. Bu iki dövlət barışıq və əməkdaşlıq yolunu tapsa sözügedən irəliləyiş, nəinki Ermənistan və Azərbaycana, həm də bütün Qafqaza müsbət təsir göstərəcək. Hər iki dövlətlə Gürcüstanın yaxşı əlaqələri var, amma anlaşılmazlıq, mübahisəsiz Qafqaz daha yaxşı olardı. İqtisadi planda da önəmlidir. Bilirəm ki, Bakı İrəvanı iqnor etməyən layihələrdə də maraqlıdır”. 

Azərbaycan Qarabağı işğal edən Ermənistamn və bu zəbtə dolayısı ilə dəstək olan iki dövlətlə "3+3” formatında iş birliyinə hazırdır. Sizcə, Bakı səhv edir?

"Əvvəla qonşu ölkənin qərarını mühakimə etmək mənim işim deyil. Amma risk edib deyəcəm ki, Azərbaycan doğru yöndə addımlayır. Prezident İlham Əliyevin hamıyla danışmaq qərarı da düzgündür”. 

Cənubi Qafqazı bu düşdüyü durumdan nə xilas edə bilər?

"Cənubi Qafqazın xilas olacaq qədər pis durumda olduğunu sanmıram. Vəziyyəti yaxşılaşdırmaq üçün isə hər 3 dövlətin ölçüb-biçilmiş siyasət aparması önəmlidir. Dövlətlər öz maraqlarını düşünməklə yanaşı, müəyyən sağlam güzəştlərə də hazır olmalıdırlar”. 
 


OXŞAR XƏBƏRLƏR

Özbəkistan türk dünyasının dəyərli üzvü və Azərbaycanın müttəfiqidir

Yeni dünya düzəninə keçid dövrü olduqca mürəkkəb və təlatümlü proseslərlə müşayiət olunur. Hətta onilliklər boyu formalaşan ənənəvi əməkdaşlıq formatları belə, ...

Kanadada hava limanında bomba həyəcanı - Uçuşlar ləğv olundu

Kanadada ani xəbərdarlığa görə hava hərəkəti dayanıb.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Kanadada ölkənin iki böyük hava liman...

İtaliyada anomal istilər- Asfalt əridi...

Avropanı təsiri altına alan güclü isti hava dalğası İtaliyada ağır nəticələrə səbəb olub.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, r...

Ronaldo Jota ilə bu sözlərlə vidalaşdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo komanda yoldaşı, "Liverpul"un hücumçusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.   ...

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...