'Qadın və kişi uzun müddət cinsi əlaqədə olarsa...' - Rəqqasə Oksana

'Qadın və kişi uzun müddət cinsi əlaqədə olarsa...' - Rəqqasə Oksana
Hind rəqsləri üzrə peşəkar rəqqasə Oksana Rəsulovanın əsl ixtisasını, yəqin ki, bilməyən yoxdu

İxtisasca ginekoloq olan Oksana qadınların cinsəl həyatı barədə əsl mütəxəssis şərhi verib.

"Yenidən ailə qurmağa hazırlaşırsanmı" sualından bezdiyini bilsəm də, bu sualı ona verməsəydim, olmazdı. Bəlkə yenilik var, bizim xəbərimiz yoxdu düşünüb, Oksanadan növbəti dəfə nə vaxt ailə həyatı qurması barədə soruşduq. Oksananın cavabı uzun olsa da, düşünürəm ki, maraqlı oldu:

"Təzə ayrılmışam ki...(gülür-red) hələ ki, keçid mərhələsidir. Mən necə bu mərhələdə evlənim? Ancaq bu mərhələ çox əlverişlidir, ona görə ki, bu zaman yenidən evlənə bilərsən. Əvəz edə-edə unudacaqsan. İnsan özünü buna məcbur etməlidir. Ayrılan zaman depressiyaya düşmək, bütün günü ağlamaq, öz-özünü daha da depresion vəziyyətə salmaq olmaz. Sən qadınsan və sən güclü olmalısan. Nəyə lazımdı bütün gün ağlamaq, dır-dır etmək? Düzdü, özüm bacarmıram ki, sevdiyimi kiminləsə əvəz edim. Mən ancaq bunu məsləhət verə bilirəm.

Həm də ki, qadın hər zaman sevməlidir. Onun enerjisi o qədər güclüdür ki... Fen-Şu fəlsəfəsinə görə, qadın çox diqqətli olmalıdır, enerjisini hər kəsə verməməlidir. Allah qadına o qədər güc verib ki, onun enerjisi həm ərə, həm ailəyə, həm də ki, uşaqlara paylana bilir. Bunu da unutmaq olmaz ki, hər bir insan digərinin həyatında vampirdi. O, səndən nəyisə alır və gedir. Fərqi yoxdu o insan sənin kimindir, nəyindir. Biri alıb getdi, ikinci alıb getdi... Cinsi əlaqə zamanı da kişi qadından o enerjini sorur. Ancaq bir qadın və bir kişi uzun müddət cinsi əlaqədə olsalar, onlar bir-birini 50-50-yə tamamlayırlar. Elə bil onlar təzədən bir-birindən həzz alıb, ehtirasa gəlirlər. Xanımdan enerji gedəndə isə dərisi quruyur, gözünün işığı gedir, saçları taxta kimi olur. Ona görə xanımlar sevən zaman, hər hansı münasibət yaşayan zaman, çox diqqətli və məlumatlı olmalıdırlar".

OXŞAR XƏBƏRLƏR

Həkim səhlənkarlığı nəticəsində ölən Nəzrinin atası infarkt keçirdi

Burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadənin səhhətində problem yaranıb.   Sfera.az unikal.az-a istinadən xəbər ...

"Bikar qalıblar..." - Nazir təhsil ekspertlərini TƏNQİD ETDİ

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanların daha keyfiyyətli olduğunu iddia edən təhsil ekspertlərinin mövqeyi əhəmiyyətsizdir.   ...

Emin Əmrullayev: "Məktəblərdə dərs saatını rəhbərlik və valideynlər müəyyən edə bilər"

"Valideyn və uşaq üçün dərslərin 8-də yox, 9-da başlaması uyğundursa, biz bu dəyişikliyi edə bilərik. Əsas məsələ tənzimləmələrin ümumi uyğunlaşdırılmasıdı...

Sertifikatı ləğv edilən həkimlərin ADLARI

Lisenziyası ləğv edilmiş plastik cərrahların tam siyahısı məlum olub.   Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, səhiyyə naziri Teymur Musaye...

Ali təhsil müəssisələrində tədris müddəti aşağı endirilir? - Nazirdən AÇIQLAMA

"Azərbaycan təhsilinin əsas problemi müəllimlərin əməkhaqqının saatlara bağlı olmasıdır".     Sfera.az xəbər verir ki, bu sözləri elm ...

Azərbaycanda bu tarixlərdə iş OLMAYACAQ

Xəbər verdiyimiz kimi, 20-24 mart tarixləri Novruz bayramı günləridir.   Sfera.az xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, istirahət günləri bayram g...