Əvvəl "MNTM" QSC, sonra AMEA: 2 milyona yaxın pul... - Tenderlərin yeni favorit şirkəti barədə TƏFƏRRÜAT

Əvvəl
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi elmi müəssisə və təşkilatlara cihaz və avadanlıq alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalında yer alan məlumata əsasən,  "Tetra AZ" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elan etdiyi açıq tenderin qalibi olub. Adıçəkilən şirkət AMEA-ya 1,245 milyon manat dəyərində cihaz və avadanlıq satacaq. 

Bu "Tetra AZ"ın cari il ərzində qalib gəldiyi ikinci tenderdir. Belə ki, Türkiyənin Azərbaycanda törəmə şirkəti olan "Tetra AZ" bundan öncə 2021-ci ilin fevralın 23-də "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tenderinin qalibi elan edilmişdi. Həmin müsabiqənin nəticəsinə uyğun olaraq QSC-yə 464,6 min manatlıq elmi tədqiqat cihaz və avadanlığı satılıb.

Bəs son vaxtlar adını tez-tez eşitməyə başladığımız bu şirkət kimə məxsusdur? 

Sfera.az bildirir ki, "Tetra AZ" MMC 2013-ci ilin sonlarında Türkiyənin "Tetra Texnoloji Sistemlər Ltd" tərəfindən Bakıda yerli bir Azərbaycan firması olaraq qurulub. Bu şirkət Azərbaycanda, analitik cihazlar, laboratoriya cihazları satır və servis xidmətləri göstərir. 

Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Bakı Şəhəri Səbail rayonu, Badamdar Şossesi, Ev 158 A, 2-ci Yaşayış Massivində qeydiyyatda olan şirkətin hüquqi sahibi Eyyub Atabaşdır.
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...