“Türkiyədən gələn mallar ucuzlaşacaq” – Natiq Cəfərli

“Türkiyədən gələn mallar ucuzlaşacaq” – Natiq Cəfərli
Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,1705 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

Maraqlıdır, qonşu ölkədə milli valyutanın bu şəkildə ucuzlaşması Azərbaycanla ticari əlaqələrə hansı şəkildə təsir edəcək? Süni qiymət artımı gözləniləndirmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli türk lirəsinin ucuzlaşmasının Azərbaycanda gərginlik yaratdığını bildirib:

"Lirənin ucuzlaşması daxili səbəblərdən qaynaqlanır. Yəni daxildə həm Mərkəzi Bankın faiz dərəcəsini aşağı salması, həm də il sonuna yaxın türk şirkətlərinin xarici borclarının qaytarılması dövrü olması türk lirəsinə basqıları artırır və tarif minimumlardadır. Bunun təbii olaraq, Azərbaycana təsirləri olacaq. Çünki Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri Türkiyədir. Lirə davamlı şəkildə dəyərdən düşərsə, Türkiyədən gələn məhsulların ucuzlaşması mümkündür. Bir müddət sonra isə türk məhsullarının Azərbaycan bazarında nəzərə çarpacaq dərəcədə ucuzlaşmasına şahid olacağıq. Bu, müsbət tendensiyadır. Mənfi tendensiya isə ondan ibarət ola bilər ki, bu hal bizdə gərginlik yaradacaq. Vətəndaşlar istər-istəməz düşünür ki, Türkiyədəki bu proses Azərbaycanda da təkrarlana bilər.”.

Ekspert süni qiymət artımının yaranma ehtimalına da münasibət bildirib:

"Normal rəqabətli bazar sistemində süni qiymət artımının olması mümkün deyil. Yəni bazar oyunçuları çox olarsa, süni şəkildə qiyməti artırmaq imkanı olmur. Bu hal bazar oyunçuları az olarsa reallaşa bilər. Yəni bazarda dominant olan bir neçə oyunçu olur ki, onlar da öz aralarında danışaraq müəyyən qədər qiyməti artıra bilirlər. Lakin Türkiyədən əsasən yüngül sənaye məhsulları gətirilir ki, bu sahədə bizdə xeyli sahədə oyunçu var və inhisarçılıq yoxdur. Bu səbəbdən normal rəqabətli mühit yaranacaqsa, qiymət artımı olmayacaq. Süni qiymət artımı bazar institutu çalışan ölkədə mümkün deyil”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...