“Zirvə toplantısında bu qərarlar qəbul ediləcək...” – Şərh

10:45 / 12.11.2021
681
"Bu gün İstanbulda Türk Şurası dövlət
başçılarının Zirvə Toplantısı keçiriləcək. Strateji əməkdaşlıq xəttini son illər
daha da gücləndirən türkdilli dövlətlər iqtisadi münasibətlərin dərinləşməsi
üçün yeni imkanları müəyyənləşdirirlər”.
Sfera.az-ın məlumatına görə, bu barədə millət
vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan və Mərkəzi
Asiyada yerləşən Türkdilli dövlətlər MDB çərçivəsində qarşılıqlı ticari rejimi
artıq formalaşdırıblar: "Türkiyə ilə Azərbaycan arasında imzalanan
preferensial ticarət sazişi bu ilin martında qüvvəyə minib. Türkiyə Özbəkistan
ilə oxşar sazişi imzalamaq mərhələsindədir. Bu isə ondan xəbər verir ki, Türk
dünyasında növbəti illərdə iqtisadi əlaqələr daha da dərinləşəcək.
Ötən Zirvə görüşündə qədim Azərbaycan torpağı
Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağı xüsusi müzakirə
olunmuşdu. Azərbaycanın Vətən müharibəsindəki zəfərindən
sonra regiondakı düzən də dəyişib. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi
1.1 trilyon dollardan çox ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi
baxımdan birləşdirməklə yanaşı, regionun starteji əhəmiyyətini daha da
artıracaq.
Turan Rzayev