Bakıda kişi arvadının boğazını niyə kəsdi? - VİDEO

Bakıda kişi arvadının boğazını niyə kəsdi? - VİDEO
Paytaxtın Pirallahı rayonunda dəhşətli qətl törədilib. 3 uşaq anası öldürülüb. Rayon Prokurorluğunun yaydığı məlumata görə qadının həyat yoldaşı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Əməkdaşımız Ömər Xıdırov hadisənin baş verdiyi ünvanda olub və təfərrüatları araşdırıb.

Sfera.az xəbər verir ki, Pirallahı rayonunda 3 uşaq anası qətlə yetirilib.

Rayon prokurorluğunun apardığı araşdırmalarla zərərçəkmişin əri 29 yaşlı Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 24 yaşlı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Təfərrüatları öyrənmək üçün "Xəzər Xəbər"in əməkdaşları hadisənin baş verdiyi ünvanda olub. Məlum olub ki, qətl Ayşən Rəhimovanın anası Sevinc Rəhimovanın gözləri qarşısında baş verib. Qadının iddiasına görə ər-arvad arasında mübahisələr olduğundan son dövrlər uşaqlardan biri atasının yanında, digər 2-si isə anası ilə birlikdə qalırmış.

Sevinc Rəhimovanın sözlərinə görə, ötən gün Əsgər Musayev həyat yoldaşına zəng vuraraq bildirib ki, gəlib digər uşağı da özləri ilə aparsınlar. Bundan sonra Ayşən anası ilə birlikdə Əsgərin yanına gedib.

Sevinc Rəhimova onu da iddia edir ki, uşağı götürdükdən sonra taksiyə minib geri qayıdarkən Əsgər onlara tərəf gələrək həyat yoldaşını əvvəlcə əli ilə vurmağa başlayıb. Bundan sonra isə Ayşən Rəhimova avtomobildən düşərək qaçmağa başlayıb.

Hadisədən sonra Ayşən Rəhimova rayon xəstəxanasına aparılsa da, xeyli qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Əsgər Musayevin valideyinləri iddia edirlər ki, son 3 il ərzində ailə daxilində tez-tez mübahisələr olub.

Faktla bağlı Pirallahı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...