Külək nəticəsində avtomobilə, evlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA

Külək nəticəsində avtomobilə, evlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bakıda ötən gün başlayan güclü külək bir sıra fəsadlar törədib. Külək nəticəsində 100-ə yaxın iri budaq və ağac aşıb. Aşan ağaclar 10 avtomobilə zərər vurub. Bir neçə binanın damı və fasadı uçub.

Bəs güclü külək səbəbindən daşınmaz əmlaka və ya avtomobilə dəyən zərər sığorta təminatına daxildirmi?

Sfera.az xəbər verir ki, sığorta mütəxəssisi Əli Bayramov məsələ ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, istər avtomobillər üçün, istərsə də daşınmaz əmlak üçün küləyin vurduğu ziyan adətən sığorta təminatına daxil edilir.

"Bəzi hallarda, xüsusilə daşınmaz əmlakların sığortlanmasında küləyin sürət həddi nəzərə alınır. Əgər külək müəyyən edilən sürət həddinə çatmayıbsa, bu halda əmlaka dəyən zərər sığortalanmaya daxil edilmir. Külək Bakıya xas bir təbiət hadisəsidir. Bu səbəbdən insanlar mütləq şəkildə küləyin törədə biləcəyi riskləri nəzərə almalıdırlar” - deyə o qeyd edib.

Mütəxəssis həmçinin bildirib ki, avtombillərdə bununla bağlı vəziyyət fərqlidir:

"Avtomobillərə zərər dəyən zaman küləyin isə surəti nəzərə alınmır. Külək nəticəsində istər ağac, istərsə də hər hansı başqa bir predmetin avtomobilin üzərinə düşərək fəsad törətməsi sığorta təminatına daxil edilir.”

OXŞAR XƏBƏRLƏR

PKK-nın 10 terrorçusu zərərsizləşdirildi

İraqın şimalında PKK-nın 10 terrorçusu zərərsizləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. &nb...

Qaz limitinin artırılması ilə bağlı təklif!

Naxçıvan Muxtar Respublikasında əhaliyə verilən təbii qazın limiti artırılmalıdır.   Sfera.az xəbər verir ki, belə bir təkliflə deputat Siyavuş Novru...

İllərlə xizək itlərini öldürdüklərinə görə polisdən təzminat alacaqlar

Kanadalı eskimoslar illərlə inuit xizək itlərini öldürdüklərinə görə polisdən təzminat alacaqlar.   Sfera.az bildirir ki, Kanadanın yerli hakimiyyət or...

Leyla Əliyeva və Arzu Əliyeva Memarlar İttifaqını ziyarət etdilər -VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, həmçinin Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva Azərbaycan Me...

Putin "Şimal-Cənub" dəhlizinə xüsusi nümayəndə təyin edib

Rusiya Prezidenti Vladimir Putin baş nazirin müavini Vitali Savelevi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə prezidentin xüsusi ...

Heç vaxt belə olmamışdı: İki nazirimiz gecə 4-də…

Bakıda keçirilən COP29-un əvvəlki COP-lardan fərqi nə oldu və nə ilə yadda qaldı?   Sfera.az bununla bağlı Azərbaycan İnternet Forumunun rəhbəri Osma...