Lotu Qulinin rəqibinə böyük zərbə: "Yaxın adamı “qanuni oğru” titulunu itirdi

Lotu Qulinin rəqibinə böyük zərbə:
Rusiya həbsxanasında cəza çəkən nüfuzlu "qanuni oğru” Zaxari Kalaşovun (Şakro Molodoy) klanına daxil olan Aslan Kobuladze (Aslan Batumski) kriminal aləmin ali titulundan məhrum edilib. 

Sfera.az  xəbər verir ki, Şakro Molodoyun əsas rəqibi hesab edilən Tariel Oniani (Taro) və Merab Canqveladzenin (Merabn Suxumski) liderlik etdiyi Oniani-Canqveladze klanı Kobuladzenin artıq "qanuni oğru” olmadığını bəyan edib.

Aslan Kobuladze ilə bağlı qərar Türkiyənin Kəmər qəsəbəsində keçirilən "sxodka”da verilib. Kobuladze də həmin "sxodka”da iştirak edib. Ora toplaşan "qanuni oğru”ların Aslan Kobuladzeyə ilk sualı "yox”a çıxması ilə bağlı olub. Məlumat üçün deyək ki, bundan əvvəl də Kobuladze "sxodka”ya çağırılıb. Lakin o çağırışa məhəl qoymayıb. Bir müddət sonra isə ortalıqdan itib. 
 
Aslan Batumski
 
Kobuladze birinci "sxodka”dan imtina edəndə ona "qanuni oğru” kimi yanaşılmırdı. Lakin kriminal qaydalara görə hansısa "qanuni oğru”nun bu tituldan məhrum edilməsi müzakirə mövzusu olanda həmin kriminalitet də "sxodka”da iştirak etməli, barəsindəki ittihamlar onun üzünə deyilməli, bu ittihamlara aydınlıq gətirməsi tələb olunmalı və sonra nəticəyə uyğun qərar verilməlidir. Bu baxımdan, Oniani-Canqveladze klanı Aslan Kobuladzenin "sxodka”ya gəlməsində israrlı idi. 

Nəhayət, Kobuladze "sxodka”ya gəlib və barəsindəki ittihamlara aydınqlıq gətirə bilməyib. Bundan sonra "sxodka”ya toplaşanlar onun artıq "qanuni oğru” olmadığını bildiriblər. Kobuladze və tərəfdarları qərarı sükutla qarşılayıb və heç bir müqavimət göstərməyiblər. Hətta iddia edilir ki, "sxodka”da Kobuladzeni şillə ilə vurublar.

Kobuladzenin hədəfə gəlməsi onun "obşak”ın pullarına nəzarəti oğluna tapşırmasıdır. Bu addım kriminal qaydalara ziddir. Digər tərəfdən, Aslan Kobuladzenin "qara pulları” təyinatı üzrə xərcləmədiyinə şübhələr yaranıb. Bu isə "Şakro Molodoy"a zərbə endirmək üçün əla fürsətdir.

Bəzi məlumatlara görə, Kobuladzenin "qanuni oğru” titulundan məhrum edilməsi "Şakro Molodoy"un sıradan çıxarılmasına hesablanıb. Oniani-Canqveladze klanı "Şakro Molodoy"a yaxın bir neçə "qanuni oğru"nu bu və ya digər formada sıradan çıxarıb. Ehtimal olunur ki, Kobuladze ilə bağlı məsələ "Şakro Molodoy"un tituldan məhrum edilməsinə qədər uzana bilər. Yaxın vaxtlarda Kobuladzenin vurulmasına səbəb olan "obşak”ın pulları ilə bağlı "Şakro Molodoy"a ittihamların ünvanlanacağı gözlənirlir.

"Şakro Molodoy" ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğur” Nadir Səlifovun (Lotu Quli) əsas rəqiblərindən biri idi.
 
(qaynarinfo)

OXŞAR XƏBƏRLƏR

İzləyicini ekranda saxlamaq üçün...- Ülviradan "Toy olsun"la bağlı ETİRAF

Teleaparıcı Ülvira Qarayeva "Qapqara" verilişinin olub.   Sfera.az xəbər verir ki, verilişdə o, bir zamanlar aparıcısı olduğu "Toy ols...

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...