İqtisadiyyat Nazirliyinə tapşırıqlar verildi

İqtisadiyyat Nazirliyinə tapşırıqlar verildi

Azərbaycan Prezidenti İlham Əliyev "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.

 

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

 

Sərəncamla müəyyən edilir ki, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində, 15.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsinin birinci cümləsində, 16.4-cü maddəsinin birinci cümləsində, 16.5, 16.11, 17.1-ci maddələrində, 17.4-cü maddəsinin birinci cümləsində, 17.5, 17.11, 18.2, 18.6, 19.2, 19.7, 20.3, 20.6, 23.1-ci maddələrində, 23.4-cü maddəsinin ikinci cümləsində, 24.2, 24.3, 24.6, 25.2, 25.4-cü maddələrində və 27.18-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir; həmin qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi həyata keçirir; həmin qanunun 27.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

 
 
 

OXŞAR XƏBƏRLƏR

Tunis sahillərində ən azı 27 miqrant həlak oldu

Saxaradan cənubdakı Afrika ölkələrindən olan miqrantları daşıyan iki qayığın Tunis sahillərində qəzaya uğraması nəticəsində ən azı 27 nəfər həlak olub.  ...

Bu gün Yerə iki asteroid düşəcək - NASA-dan AÇIQLAMA

NASA bu gün təyyarə böyüklüyündə iki asteroidin Yerə düşəcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki, kosmik agentlik bu tranzitlərin Yer üçün h...

“Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi...- VİDEO

Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyev bu gün 39 yaşında vəfat edib.   A.Baxşəliyevə böyrəkköçürmə əməli...

İlham Əliyev Monteneqro Prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.   Sfera.az-ın məlumatına görə, məktubda dey...

Bakının bəzi yollarında sıxlıq var - FOTOLAR

Bakıda bəzi yollarda sıxlıq var.   Bu barədə Sfera.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.   Haz...

179 nəfərin öldüyü qəza ilə bağlı aeroportda axtarış aparıldı

Cənubi Koreyanın Çolla-Namdo vilayətinin polisi dekabrın 29-da sərnişin təyyarəsinin qəzaya uğradığı Muan hava limanında axtarış aparıb.    Sfer...