Sadələşdirilmiş vergi ödəyicilərinin sayı azaldılır - SƏBƏB

İqtisadiyyat
14:13 / 10.11.2021
888
2022-ci ildə bir sıra dəyişikliklərlə sadələşdirilmiş vergi ödəyicilərinin sayı və bu vergi növü üzrə daxilolma azalacaq.
Sfera.az gələn ilin büdcə layihəsinə istinadən bildirir ki, sadələşdirilmiş vergi üzrə gəlirlər 200 milyon manat nəzərdə tutulur. Bu məbləğ 2021-ci il üçün təsdiqlənən göstəricisi ilə müqayisədə 95 milyon manat, yəni 32,2 faiz, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə 88 milyon manat (30,6 faiz) azdır.
Azalmaya səbəb Vergi Məcəlləsinə əsasən sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin və vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun ləğv edilməsi, eyni zamanda sadələşdirilmiş vergi ödəyiciləri olan mikrosahibkarlıq subyektləri tərəfindən mənfəət (gəlir) vergisi ödəyicisinə keçməsinin nəzərə alınmasıdır.
Vasif
Sfera.az