Türkiyədə 3,8 milyon işsiz var

İqtisadiyyat
11:57 / 10.11.2021
752
Türkiyə Statistika Təşkilatı sentyabr ayı üzrə işsizlik göstəricilərini açıqlayıb.
Sfera.az bildirir ki, işsiz sayı 70 min nəfər azalaraq 3,794 milyon nəfərə düşüb. İşsizlik səviyyəsi isə 0,3 faiz bəndi azalaraq 11,5 faiz təşkil edib.
Türkiyədə 15-24 yaş qrupunu əhatə edən gənclər arasında işsizlik səviyyəsi 0,9 faiz azalaraq 21,5 faiz, məşğulluq səviyyəsi 0,3 faiz artımla 32,7 faiz olub.
Vasif
Sfera.az