Azərbaycanlı aktyorun oğlu ilə ilk görüntüləri FOTO-VİDEO
Maqazin
19:24 / 13.07.2016
4165
Dörd gün əvvəl ata olan aktyor İslam Mehrəliyev oğlu ilə ilk fotosunu çəkdirib. 1Xəbər.com-un məlumatına görə, Azərbaycanın sevimli komikin həyat yoldaşı və körpəsi xəstəxanadan evə buraxılarkən onları dostları qarşılayıb.
Müğənni Kərim Abasov, rəqqasə-aktrisa Oksana Rəsulova və digər sənət yoldaşları bu şad gündə İslamı tək qoymayıblar. Qarşılanma mərasimində çəkilən foto və videoda hər kəsin çox sevincli olduğu görünür.
Yeni doğulmuş körpənin çəkisi 3800 qram olub. Körpə babasının şərəfinə Məhəmməd adlandırılıb.
Xatırladaq ki, sevilən aktyor keçən ilin oktyabrında uzun illərdir sevgi yaşadığı Nəzrin adlı xanımla ailə həyatı qurub.

Cütlüyün doğum evindən çıxarkən çəkilən videonu 1Xəbər.com sizə də təqdim edir:
[video=//|
]