Bülent Ersoya 2,5 milyonluq TƏKLİF – Həyatı film olacaq

Bülent Ersoya 2,5 milyonluq TƏKLİF – Həyatı film olacaq
Məşhur türkiyəli müğənni Bülent Ersoyun həyatı haqqında film çəkiləcək.

Sfera.az bildirir ki, bu barədə türkiyəli yazar Suna Akyıldız məlumat paylaşıb. O, uzun müddətdir layihənin müzakirə edildiyini deyib.

"Mən də tez-tez eşidirdim, amma dəqiqləşdirmədən nəsə yazmaq istəmirdim. Eşitdiklərimə görə, Bülent Ersoyun həyatını sənədli filmə çevirmək üçün qlobal rəqəmsal platformalardan biri "kisənin” ağzını açıb. Şirkət müğənniyə 2,5 milyon dollar təklif edib. Diva isə bu işə müsbət yanaşıb. Hazırda görüşlər davam edir. Deyilənlərə görə, razılaşma əldə olunarsa, tamaşaçıları səs-küyə səbəb olacaq film gözləyir”, deyə yazar əlavə edib.

Türkan


OXŞAR XƏBƏRLƏR