Azərbaycanın boşalan kəndləri – Cəmi 50 nəfər...

Azərbaycanın boşalan kəndləri – Cəmi 50 nəfər...
Azərbaycanda əhalisinin sayı 5 mindən çox olan 97 kənd var. Bu kəndlərin 6-sı Naxçıvan Muxtar Respublikasında (MR), 91-i respublika tabeliyində olan rayonlarda yerləşir.

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2021-ci ilin əvvəlində əhali sayı 1000 nəfərdən çox olan 1564 kənd olub. Məlumatlar göstərir ki, Azərbaycanda kəndlərin əhalisinin sayı daha çox 1000 nəfərdən az olanlardır. Əhali sayı az olan kəndlərin sayı 2682-dir.

Ölkəmizdə əhali sayı 100 nəfərə qədər olan 296 kənd var. Həmin kəndlərin 167-də əhali sayı 50-100 nəfər, 129-da 50 nəfərdir. 

Əhali sayı 50 nəfərdən az olan kəndlərin 4-ü Naxçıvan MR-da yerləşir.

Vasif


OXŞAR XƏBƏRLƏR