“Kokain şahzadəsi”nin geyimi rekord qiymətə satıldı - FOTOLAR

15:00 / 08.11.2021
1114
Ginnesin Rekordlar Kitabına düşən, əsasən R&B, soul və caz ifa edən britaniyalı müğənni Emi Uaynhausun son konsertində geyindiyi paltar öz dəyərindən 16 dəfə baha qiymətə satılıb.
Sfera.az bildirir ki, ifaçının sözügedən geyimi 243 min 200 dollara alınıb. Hərracda həmçinin sənətçiyə aid kitablar, DVD-lər də daxil olmaqla, 800-ə yaxın qiymətli əşyalar yer alıb və onlar üçün ümumilikdə 4 milyon dollar təklif edilib.
Eminin ürək formasındakı çantası 204 min 800 dollarla, digər geyimləri isə 12-150 min dollar arasında dəyişən qiymətlərlə alıcılarını tapıb.
Qeyd edək ki, Qərb mətbuatının "kokain şahzadəsi" adlandırdığı Emi Uaynhausın rekord qiymətə satılan paltarının 2011-ci ildə Belqraddakı konsertində geyinmişdi. Bu konsertdən təxminən bir ay sonra, 27 yaşlı gənc ifaçı evində ölü tapılmışdı.
Xatırladaq ki, Eminin ölümünə səbəb həddindən artıq spirtli içki qəbulu olub.
Günay Rəsulqızı