Məşhur veriliş yayımdan qaldırılır - Hadisəyə görə...

Maqazin
13:43 / 08.11.2021
765
Hadisənin yoxluğu Acun Ilıcalıya zərbə vura bilər.
Sfera.az bildirir ki, TV8 kanalında yayımlanan "O Ses Türkiye” verilişinin yayımdan qaldırılacağı iddiası irəli sürülüb. Belə ki, məlumata görə, reytinqlərdə istənilən uğuru əldə edə bilməyən proqramın finalı olacaq.
Digər tərəfdən bu sezon münsiflər sırasında yer almayan Hadisənin fanatları sosial mediada bununla bağlı paylaşımlar ediblər. Onlar "Hadisə verilişdə olmadığı üçün reytinqlərdəki geriləməyə təəccüblənmədik”, deyə bildiriblər.
Qeyd edək ki, sözügedən verilişdə hazırda Ebru Gündeş, Beyazit Öztürk, Murat Boz, Oğuzhan Koç münsiflər heyətindədir. İş adamı Acun Ilıcalı Hadisə ilə bağlı son açıqlamasında fikirlərini "O Ses Türkiye”ni iki yerə ayırdıq. "O Ses Rap” da var. Hadisə ordadır” kimi ifadə etmişdi.
Türkan