Ramal ilk dəfə Mirkamildən danışdı: Əsəbləri cilovlanmır...

Maqazin
23:26 / 06.11.2021
3188
Müğənni Ramal İsrafilov səhhətindəki və psixoloji durumundakı problemlərdən dolayı uzun müddətdir səhnədən uzaqlaşan bibisi oğlu Mirkamil Kamilovdan danışıb.
Sfera.az xəbər verir ki, sənətçi "Günün sədası" proqramında qonaq olan Ramal Mirkamilin həssas olduğunu bildirib.
O, aparıcı Nanə Ağamalıyevanın "Mirkamillə niyə duet oxumursunuz" sualını belə cavablandırıb:
"İnşallah, oxuyaram. Niyə oxumuram ki... Onu salamlayıram. Səhnədə yeri görünürdü. İnsanın əsəbləri cilovlanmır. Səmimi olanda müəyyən şeyləri gizlədə bilmir. Hamının problemi olur. Bibim oğludur".
Qeyd edək ki, Mirkamil həm də xalq artisti Mələkxanım Əyyubovanın bacısı oğludur. 2014-cü ildə ürəyindən əməliyyat olunan Mirkamil həkimin ona yüksək dozada narkoz verdiyini və bundan sonra narkotikdən asılı hala düşdüyünü açıqlamışdı.
(Publika.az)