Təzə meyvələrdən daha faydalı olan quru meyvələrin adları açıqlandı

Təzə meyvələrdən daha faydalı olan quru meyvələrin adları açıqlandı
Kişmiş, quru ərik, xurma, gavalı ən çox yayılmış və ən faydalı quru meyvələrdir.

Bu barədə rusiyalı dietoloq Lyudmila Mikityuk bildirib.

Onun sözlərinə görə, sadalanan qurudulmuş meyvələr təzə meyvələrdən daha çox lif, vitamin və mineralı özündə ehtiva edir. Bu isə gündəlik tələb olunan qida maddələrinin daha böyük faizini qarşılamağa imkan verir. Məsələn, kişmişdə çoxlu maqnezium, "B” vitamini var. Bu onu bədəndəki təzyiqi aşağı salmaqda, iltihabı azaltmaqda əvəzolunmaz edir.

Gavalı qəbizliyin qarşısını təbii şəkildə alan vasitə kimi istifadə edilə bilər. Tərkibində çoxlu miqdarda kalium, lif, "A” və "K” vitaminləri var.
 
"Bu məhsul ürək-damar xəstəliklərini profilaktikasında istifad oluna bilər, həmçinin yüksək konsentrasiyalı boa sayəsində osteoporozla mübarizədə yaxşıdır”, - deyə o, bildirib.

Xurmanın tərkibində yüksək miqdarda dəmir, lif və kalium var. Bu meyvə antioksidantlar arasında liderdir və sərbəst radikalların zərərini neytrallaşdıra bilir. Xurma uşaq gözləyən qadınlar üçün, xüsusən də hamiləliyin son aylarında çox faydalıdır.

Quru ərik "A” və "C” vitaminləri, kalium, liflə zəngindir. Bu qurudulmuş meyvəni istehlak etməklə, xüsusilə dəri və gözlər üçün faydalı olan "A” vitamininin gündəlik normasının 47 faizi təmin olunur.

"Bu dörd yeməkdə güclü antioksidant sayılan çoxlu polifenol var”, - deyə o bildirib.

Mikityuk bununla belə kalorisi yüksək olduğu üçün yeyilən quru meyvələrin miqdarına nəzarət etməyi məsləhət görüb.

(oxu.az)


OXŞAR XƏBƏRLƏR

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....

Qaxa istirahətə gedən keçmiş hərbçi evdə ölü tapıldı

Qaxa istirahətə gedən Bakı sakini evdə ölü tapılıb.   Sfera.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qaşqaç...