Qremmi mükafatçısı olan cazibədar müğənni təyyarə qəzasında vəfat etdi

Qremmi mükafatçısı olan cazibədar müğənni təyyarə qəzasında vəfat etdi
Latın Qremmi mükafatlı braziliyalı müğənni Marilia Mendonça vəfat edib.
 
Sfera.az bildirir ki, 26 yaşlı məşhur ifaçının ölümünə səbəb təyyarə qəzası olub. Səbəbi bilinməyən qəzada Mendonça ilə bərabər 5 nəfər də dünyasını dəyişib.
Müğənninin mətbuat təmsilçisinin sözlərinə görə, vəfat edənlər arasında prodüser Henriki Ribeiro, Mendonçanın əmisi və məsləhətçisi Abisieli Silveria Dias da yer alıb. Digərləri isə təyyarənin pilotu və köməkçi pilotu olub. Ulduzun veriliş çəkilişləri üçün Minas Qerais əyalətinin Karatinqa bölgəsinə getmək üçün yola çıxdığı bildirilib.

Braziliya Prezidenti Cair Bolsonaro müğənninin ölümü ilə bağlı danışarkən, onun səsinin əvəzsiz olduğunu vurğulayıb:

"Karizması və musiqisi ilə hər kəsin sevgisini, heyranlığını qazanan, nəslimizin ən böyük sənətçilərindən olan gənc ifaçı Mendonçanın ölüm xəbəri bütün ölkəni şoka saldı. Marilia ifaları ilə hər zaman həyatımızda olduğu üçün sanki yaxınımızı itirmiş kimi hiss edirik”.

Braziliyalı məşhur futbolçu Neymar isə Mendonçanın qəfil ölümünə bu cür reaksiya verib: "İnanmaq istəmirəm”.

Qeyd edək ki, Braziliyada çox məşhur olan müğənni Mendonça 1995-ci il, 25 iyunda doğulub. İki yaşlı övladı olan ifaçı 2019-cu ildə "ən yaxşı albom” nominasiyasında Qremmi mükafatı qazanıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR