Maaşlar 65 manat artacaq

İqtisadiyyat
12:38 / 06.11.2021
16738
Növbəti ildə Azərbaycanda orta əmək haqqı 65 manat artaraq 808 manata çatacaq.
Sfera.az bildirir ki, orta əmək haqqında artım sürəti 8,7 faiz olacaq.
2021-ci ildə orta əmək haqqının 35 manat və ya 5 % artacağı gözlənilir. Müqayisədə növbəti ildə əmək haqqındakı artım məbləği cari ildən təxminən 2 dəfə yüksək olacaq.
Növbəti ildə maaşların daha çox artması minimum əmək haqqının 20 faiz artırılması hesabına baş verəcək.
Gələn il 2021-ci ilə nisbətən orta əmək haqqının 9 faizə yaxın artması pensiyaların həcminin artmasına da təsir edəcək. Çünki pensiyalar növbəti ildə orta əmək haqqının artım sürətinə uyğun olaraq indeksləşdirilir. Deməli, 2022-ci ildə orta əmək haqqının 9 faizə yaxın artması 2023-cü ildə pensiyaların da orta hesabla 9 faiz artmasına səbəb olacaq.
Vasif
Sfera.az