“Pensiya fondu” gəlirlərini kəskin artıracaq

“Pensiya fondu” gəlirlərini kəskin artıracaq
2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində kəskin artım gözlənilir.  

Sfera.az Hesablama Palatasına istinadən bildirir ki, gəlirlər 5,31 milyard manat həcmində proqnozlaşdırılır. Bu məbləğ 2020-ci ilin icra göstəricisindən 558 milyon manat və ya 11,7%, 2021-ci il üzrə gözlənilən icra göstəricisindən isə 253 milyon manat və ya 5% çoxdur.

Fondun gəlirlərinin sürətlə artımına məcburi dövlət sosial sığorta ödənişlərindəki ciddi artım kömək edəcək. Gələn il gəlirlərin 78,2 faizi sosial sığorta, 21,6 faizi dövlət büdcəsindən transfert, 0,2 faizi sair daxilolmaların payına düşəcək. 
Növbəti ildə gəlirlərinin cari ilin sonuna gözlənilən icra göstəricisi ilə müqayisədə ümumilikdə 253 milyon manat artımı məhz sosial sığorta üzrə gəlirlərin artımı hesabına formalaşacaq.

2022-ci ildə sosial sığorta üzrə gəlirlərin 4,15 milyard manat olacağı proqnozlaşdırılıb. Bu da 2020-ci ilin icra göstəricisindən 595 milyon manat (16,7%), 2021-ci il üzrə gözlənilən icra göstəricisindən isə 411,5 milyon manat (11%) çoxdur. 

Hesablama Palatası bildirir ki, sosial sığorta üzrə proqnozlaşdırılan artım səviyyəsi növbəti ildə ölkə üzrə proqnozlaşdırılan orta aylıq əmək haqqının 5 %-lik artım səviyyəsini üstələyəcək. Qurum hesab edir ki, artımın əsas səbəbi sosial sığorta ödənişləri ilə əhatə olunacaq sığortaedən və sığortaolunların sayının, əmək haqqı fondunun artımı, qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində həyata keçiriləcək fəaliyyətlərin daha da dərinləşməsi hesabına mümkün olacaq.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...