Bahalaşmaya görə Gömrük Komitəsini günahlandırdı: "Yığdığınız hər manat vətəndaşın cibindən çıxır"

Bahalaşmaya görə Gömrük Komitəsini günahlandırdı:
"Adam elə bil kolxozda pambıq yığır, nəsə istehsal edir, əlavə dəyər yaradır. Hər dəfə fəxrlə çıxıb deyir ki, plandan əlavə pul yığmışıq”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin son paylaşımına münasibət bildirərkən deyib. İqtisadçı qurum rəhbərinin "Nəzərdə tutulan proqnozdan əlavə 373,75 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub” ifadəsini ciddi tənqid edib:

"Əgər ölkədə ciddi iqtisadi canlanma olsaydı, ixrac-idxal əməliyyatları kəskin artsaydı, ÜDM artım göstərsəydi, deyərdim ki, iqtisadiyyat artır, canlanma var, daha çox rüsum da yığılır. Elə deyil axı... Gömrük Komitəsi müstəqil qurum kimi qalmaq uğrunda mübarizə aparır, İqtisadiyyat Nazirliyinə birləşdirilməsini istəmir. Ona görə də iş adamlarının boğazına çöküb daha çox rüsum yığmağa, "afərin" almağa çalışır. Çox bəsit də metod fikirləşiblər: İş adamlarının təqdim etdiyi sənədlərə "inanmırlar", deyirlər ki, "invoysda" qiyməti aşağı yazdırmısız, özləri qiymət müəyyən edir və öz qiymətlərindən rüsum, ƏDV hesablayıb alırlar”.

N.Cəfərli qeyd edib ki, Gömrük Komitəsinin ƏDV toplaması, yəni vergi yığması ayrı bir nonsensdir:

"Yəni, hörmətli Səfər müəllim, yığdığınız hər manat mənim - vətəndaşın cibindən çıxır. Deməli, mənim - vətəndaşın cibindən plandan əlavə 374 mln. manat pul çıxartmısız. Bu gün sürətlə artan qiymətlərdə gömrük rüsumlarının yeni hesablanması qaydası önəmli rol oynayır”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...