Ermənistan hökuməti vergiləri artıracaq

14:03 / 02.11.2021
849
Ermənistan Maliyyə Nazirliyi kiçik və orta biznes üçün dövriyyə vergisinin artırılması imkanını nəzərdən keçirir.
Sfera.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu noyabrın 2-də parlamentin daimi komissiyalarının birgə iclasında 2022-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan bildirib.
Nazir qeyd edib ki, bu gün kiçik biznes 5 faiz dövriyyə vergisi ödəyir və mövcud şərtlərlə onu hətta 1,5 faizə endirmək imkanı var:
""ƏDV və mənfəət vergisi rejimində fəaliyyət göstərən iri biznesdən isə dövriyyənin 10 faizi qədərində vergi tutulur. Beləliklə, eyni fəaliyyətlə məşğul olan iki müəssisə qeyri-bərabər mövqedə olur. Dövriyyə vergisi sadələşdirilmiş qaydada hesablandığı üçün kiçik biznes artıq imtiyazlara malikdir. Bundan əlavə, o, daha az vergi ödəyir".
Nazirin sözlərinə görə, Maliyyə Nazirliyi sadələşdirilmiş verginin kiçik sahibkarlıq subyektləri üçün əsassız rəqabət üstünlükləri yaratdığını aşkar edərsə, onun dərəcəsi və ya həddi yenidən nəzərdən keçirilə bilər.
Vasif
Sfera.az