ABŞ daha 1 trilyon dollar borc alacaq

ABŞ daha 1 trilyon dollar borc alacaq
ABŞ bu ilin sonuna qədər ümumi borcunun məbləğini daha 1,02 trilyon dollar artıracaq. 

Sfera.az xəbər verir ki, belə bir proqnozla ABŞ-ın Xəzinə Nazirliyi çıxış edib. Nazirlik təxmin edir ki, ilin 4-cü rübündə borclanma məbləği əvvəllər gözlənildiyi kimi 703 milyard dollar yox, 1,02 trilyon dollar olacaq. 

2022-ci ilin ilk rübündə isə borclanma həcminin azaldılaraq 476 milyard dollara düşəcəyi proqnozlaşdırılır. 

Qeyd edək ki, hazırda ABŞ dövlətinin ümumi borcu 28,43 trilyon dollardır. Proqnoz özünü doğruldarsa, il sonunda borc məbləği 29 trilyon dolları keçəcək.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR