Pul bazasının həcmi rekord səviyyəyə çatıb

Pul bazasının həcmi rekord səviyyəyə çatıb
Azərbaycanda oktyabrın sonunda manatla pul bazasının həcmi yeni rekord səviyyəyə yüksəlib. 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, oktyabrda bazanın həcmi 123 milyon manat artaraq 14,621 milyard manatı ötüb. İndiyə qədər manatla pul bazasında belə yüksək səviyyə qeydə alınmamışdı. 

2021-ci ilin əvvəlindən pul bazasında 1,057 milyard manatlıq, son bir ildə 2,518 milyard manatlıq artım qeydə alınıb. 

Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR