Avtomobil rüsumları yeni qaydada alınacaq - Hansı maşına görə nə qədər ödənməlidir?

11:31 / 01.11.2021
3291
Fiziki şəxslər tərəfindən minik avtomobillərinin
özgəninkiləşdirilməsi ilə bağlı rüsumların məbləği gələcəkdə Nazirlər
Kabinetinin qərarı ilə yox, "Dövlət rüsumu haqqında” Qanunla tənzimlənəcək.
Sfera.az bildirir ki, minik avtomobillərinin
özgəninkiləşdirilməsi ilə bağlı rüsum və qaydalar Nazirlər Kabinetinin 2018-ci
ilin iyulun 31-də qəbul etdiyi qərarla tənzimlənir. "Dövlət rüsumu haqqında”
Qanuna təklif edilən əlavə və dəyişiklik layihəsi qəbul ediləndən sonra həmin qərarda
olan qaydalar qanunda öz əksini tapacaq.
Nazirlər Kabinetinin qərarına əsasən minik
avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə
müəyyən edilir:
Minik avtomobilinin mühərrikinin həcmi:
2000
kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05
manat,
3000 kubsantimetrədək olduqda 100 manat + mühərrikin həcminin 2001-3000
kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat, 4000 kubsantimetrədək
olduqda 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər
kubsantimetrə görə – 0,2 manat,
5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin
4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat, 5000
kubsantimetrdən çox olduqda 1500 manat rüsum ödənilir.
Rüsumun məbləğinə avtomobilin istehsal tarixinə
görə əmsal da tətbiq edilir. Əmsal, minik avtomobilinin istehsal tarixi 4 ilədək
olduqda 1, istehsal tarixi 4 ildən 10 ilədək olduqda 0,8, istehsal tarixi 10
ildən çox olduqda 0,3-dür.
Hazırda mövcud olan və Nazirlər Kabinetinin qərarı
ilə təmzimlənən bu qayda və rüsumlar 2022-ci ildən "Dövlət rüsumu haqqında”
Qanunla eyni şəkildə əksini tapacaq.
Vasif