11 yaşlı qızı zorlamaqda ittiham olunan Qurbanın həyat yoldaşı: "Mən bu məsələdə ərimin yanındayam"

11 yaşlı qızı zorlamaqda ittiham olunan Qurbanın həyat yoldaşı:
Son iki gündür ki, İmişlidə baş vermiş tükürpədici zorlama hadisəsinin yeni təfərrüatları ortaya çıxıb.

Sfera.az milli.az-a istinadən məlumatına görə, 11 yaşında atalığı tərəfindən zorlanaraq uşaq dünyaya gətirən məktəblinin bibisi bildirib ki, atalıq Qurban Qurbanov azyaşlı ilə əlaqəsinin olmasını inkar etsə də bütün faktlar ona aparıb çıxarır:
-Qardaşım rəhmətə gedərkən uşaqlar lap körpə idi. Gəlinimiz Günay qardaşımın ölümündən sonra düz beş il bizlə yaşadı. Sonra atası evinə köçməyə qərar verdi. Orada az müddət qaldı. Valideynləri ilə yola getmədi. Yenidən bizim yanımıza döndü.

-Nə vaxt ailə qurub?

-5 dekabr 2020-ci ildə. Əslində ailə qurmaq demək olarsa. O, Qurbanla təsadufən- telefonunu satmağa gedərkən tanış olub. Qısa zaman ərzində də molla kəbini ilə bir yerdə yaşamağa başlayıblar. Qurban öz xalası qızı ilə rəsmi nigahda idi. Bunu ikinci arvad kimi almışdı.

-Bəs həyat yoldaşı buna etiraz etmirdimi?

-Həyat yoldaşı öz xalası qızıdır. Onunla hadisədən sonra əlaqə saxladım. Dedi ki, mən dinimizə qarşı çıxa bilmərəm. İslam dini 4 arvad almağı halal buyurub. Mən bu məsələdə həyat yoldaşımın yanındayam.

-Bəs bir körpənin cinsi zorakılığa məruz qalmasına necə fikir bildirdi?

-Bildirdi ki, mən əlimdə nə varsa satıb həyat yoldaşımı məsuliyyətdən qurtaracam.

Onların ailəsində azyaşlıların cinsi istismarı normal haldır. Qurban Qurbanovun öz qızı 12 yaşında qaçırılıb. Ailə bunu şəriətə uyğun normal hal kimi qəbul edib. Onlar hər kəlmələrində deyirlər ki, İslamda 9 yaşından sonra qızın kəbin olması halal buyurulur.

-Anası bütün olanlara nə reaksiya verir?

-Heç bir reaksiya yoxdur. Ana şokdadır. Bütün olanları həzm edə bilmir. Bu faciəni beyin qaldırmır. Qurban saxlanılıb, dindirilir.

-Bəs azyaşlı qızın bundan sonrakı taleyi necə olacaq?

-Bu barədə valideynlərim (zorakılığa qalmış qızın ata nənə-babası) bu qənaətə gəliblər ki, onların rayonda qalması düzgün deyil. Ona görə də rəsmi şəkildə müraciət edərək bacı və qardaşın anadan alınaraq Kəmalə Ağazadənin rəhbərlik etdiyi uşaq sığınacağına yerləşdirilməsini istəyirlər.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...