“Survivor”ın məşhur iştirakçısı 5 itin hücumuna məruz qaldı - FOTOLAR

“Survivor”ın məşhur iştirakçısı 5 itin hücumuna məruz qaldı - FOTOLAR
"Survivor”ın keçmiş iştirakçısı Duyğu Bal itlərin hücumuna məruz qalıb.
 
Sfera.az bildirir ki, bu barədə o, özü məlumat verib. Belə ki, eks-voleybolçu Sarıyerdə cins itini gəzdirən zaman ətrafdakı 5 küçə iti ona hücum edib. Hadisədən yara alaraq qurtulan Bal yaşadığı anları bu cür ifadə edib: 

"Qorxunc bir faciə yaşadım. Öz bəslədiyim itlər tərəfindən hücuma məruz qaldım. Balaca itimi qucağıma almasaydım, itlər onu diri-diri yeyəcəkdi. Həmin zaman itlərdən biri əlimi dişlədi. Qaçaraq binalardan birinə daxil oldum. Burnum qanayırdı. Ordakı insanlar mənə kömək etdi”.

Duyğu, həmçinin quduzluq əleyhinə vaksin vurdurduğunu da əlavə edib. O, eyni zamanda baş verənlərə görə, bələdiyyəni günahlandırıb. "Eyni yerdə başqa bir balaca iti öldürüblər. Mən uzun boylu və idmançı olduğuma görə qurtuldum. Əks halda, özümü müdafiə edə bilməzdim”, - deyə o deyib.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR