Cici Hadid anasını döydüyü üçün Zayn Malikdən boşanır - FOTO

Cici Hadid anasını döydüyü üçün Zayn Malikdən boşanır - FOTO
Məşhur cütlük Cici Hadid və Zayn Malik münasibətlərini bitirmək qərarına gəliblər.
 
Sfera.az bildirir ki,  iddialara görə, buna səbəb modelin anası Yolanda Hadidin Maliklə mübahisəsi olub. Belə ki, Yolanda kürəkəni Zayn tərəfindən döyüldüyünü iddia edib. Onun sözlərinə görə, qızı evdə olmayanda onlara gedib və Zaynla dava sırasında fiziki şiddətə məruz qalıb.

Bununla bağlı Zayn sosial şəbəkə hesabından paylaşım edib: 

"Mən özəl insanam və qızımın təhlükəsizliyi üçün şəxsi məsələlərdən uzaq yerdə böyüməsini istəyirəm. Bu baxımdan bir neçə həftə bundan qabaq həyat yoldaşım evdə yox ikən, qaynanamla etdiyim mübahisədən qaynaqlanan iddialara etiraz etməyəcəm. Bu, özəl mövzudur və elə də qalmalıdır.  Sakit  ailə mühitini bərpa etmək səylərimə baxmayaraq, xəbər mətbuata "sızdırılıb"”.

Müğənni, həmçinin Yolanda Hadidi vurmadığını bildirib. Digər tərəfdən cütlüyün dostlarından biri "People” jurnalına açıqlama verərək, Zayn və Cicinin hazırda bir yerdə yaşamadığını deyib. "Hər ikisi yaxşı valideyndir. Amma Yolanda Cicini qoruyur. O, qızı və nəvəsi üçün ən yaxşısını istəyir”, - deyə sözügedən şəxs əlavə edib.

Məsələ ilə bağlı məşhur modelin nümayəndəsi də "People”a danışıb və  "Cici yalnız qızı üçün ən yaxşısına diqqət yetirir. O, bu müddət ərzində gizlilik tələb edir", - deyə bildirib. O,  Yolanda Hadid və Malik məsələ ilə bağlı əlavə şərh verməyib.

Qeyd edək ki, cütlük 2015-ci ilin noyabrında tanış olub. 2018-ci ildə ayrılan cütlük 2020-ci ilin yanvarında yenidən barışdıqlarını elan etdilər. Onlar ötən ilin aprelində isə övladlarının olacağını bildirib. Hazırda cütlüyün 1 yaşında Xai adlı qızı var.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR