Mərkəzi Bank bu gün faizləri yenidən artıra bilər

10:50 / 29.10.2021
789
Bu gün Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsi ilə bağlı yeni qərarını açıqlayacaq.
Sfera.az xatırladır ki, bundan öncə keçirilən toplantıda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 6,5 faizə çatdırılmışdı. Uçot dərəcəsinin ötən toplantıda artırılmasına səbəb ölkəmizdə illik inflyasiya səviyyəsinin hədəf çərçivədən (2-6 faiz) yüksək olmasıydı. 2021-ci ilin avqustunda illik bahalaşma 7 faizə çatmışdı.
Sentyabrda qiymət dəyişikliklərinə dair açıqlanan məlumat göstərir ki, pul-kredit siyasətinin sərtləşdirilməsi bahalaşma sürətini zəiflətməyib. Ötən ay illik bahalaşma bir qədər də güclənərək 8 faizi ötüb.
İnflyasiya səviyyəsinin bir qədər də yüksəlməsini nəzərə alaraq ehtimal etmək olar ki, Mərkəzi Bank bu dəfə də uçot dərəcəsini artıracaq. Artımın 0,25 və ya 0,5 faiz bəndi olması gözləniləndir.
Vasif
Sfera.az