Fərdi sahibkarların 21 faizi qadınlardır

İqtisadiyyat
15:35 / 28.10.2021
709
Son məlumatlara əsasən, Azərbaycanda 1,142 milyondan çox fərdi sahibkar var.
Sfera.az bildirir ki, sahibkarların 244 mini və ya 21,4 faizi qadınlardır.
Qadın sahibkarlar "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində fərdi sahibkarların 24 faizini, "Ticarət; nəqliyyat vasitələrinin təmiri” sahəsində isə 20,9 faizini təşkil edir.
Sahibkar qadınların 30,5 faizi Bakıda, 10,1 faizi Lənkəran-Astara iqtisadi rayonunda, 8,7 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Gəncə-Daşkəsən (25,3%), Qazax-Tovuz (24,8%), Bakı (23,4%), Naxçıvan Muxtar Respublikası (23,0%) və Lənkəran-Astara (21,7%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
Vasif
Sfera.az